Rusiyanın ÇSKA klubunda məşqçi təyinatı gerçəkləşib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, erməni mütəxəssis Qriqori Babayan komandanın müvəqqəti baş məşqçisi Aleksey Berezutskinin köməkçisi təyin olunub.

ÇSKA-da dünən baş məşqçi İvitsa Oliçlə yollar ayrılmışdı.

Qriqori Babayan son olaraq Qazaxıstanın “Tobol” klubunda baş məşqçilik edib.

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçidir.