
Kontenin yerinə daha bir namizəd
- 09 Mar 2023 20:00
- 361
Çempionlar Liqasının 1/8 final mərhələsində "Milan" səddini keçə bilməyərək mübarizəni dayandıran "Tottenhem" baş məşqçi Antonio Konteni istefaya göndərməyə hazırlaşır.
Rekord.az xəbər verir ki, mətbuatda onun yerinə bir sıra məşqçilərin adı hallanıb.
"Tottenhem"in baş məşqçisi olmağa daha bir real namizəd isə Luis Enrikedir. "The Athletic"in məlumatına görə, London klubunun rəhbərliyi ispan mütəxəssislə danışıqlara hazırdı.