
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
- 21 Apr 2023 10:45
- 335
Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, həftənin futbolçusu adına Yesper Karlström (“Lex”), Maykl Antonio (“Vest Hem”), Vangelis Pavlidis (“Alkmaar”) və Auqustin (“Bazel”) namizəddir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək.