Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Rekord.az xəbər verir ki, 8 qrup üzrə ümumilikdə 14 oyun keçirilib.

Günün ilk oyunu Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı H qrupunda olub. Qazaxıstan “Kayrat”ı Kiprin “Omoniya” komandasını qəbul edib. Ağdam klubu isə Bakı Olimpiya Stadionunda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Bu iki oyunda qapılara qol vurulmayıb.

Nəhənglərdən “Tottenhem” (İngiltərə) Fransada “Renn”lə oyundan məhsuldar heç-heçə ilə ayrılıb. “Roma” İtaliyada Sofiya ÇSKA-sına divan tutub.

A və E qruplarında ilk oyunlar sentyabrın 14-də keçirilib. İsrailin “Makkabi” (Təl-Əviv) klubu evdə Ermənistan “Alaşkert”ini darmadağın edib – 4:1. Hayfa “Makkabi”si isə Niderland “Feyenoord”u ilə heç-heçə edib – 0:0.

Avropa Liqası
Qrup mərhələsi

16 sentyabr

A qrupu

HJK (Finlandiya) – LASK (Avstriya) 0:2
Qol: Mareşiç, 17. Monşayn, 89.

B qrupu

“Flora” (Estoniya) – “Gent” (Belçika) 0:1
Qol: Lemayiç, 54.

“Anortosis” (Kipr) – “Partizan” (Serbiya) 0:2
Qol: Meniq, 42. Qomes, 68.

C qrupu

“Bodo Qlimt” (Norveç) – “Zarya” (Ukrayna) 3:1
Qol: Saltnes, 48 Solbakken, 49. Pelleqrino, 60 – Qromov, 90+1.

“Roma” (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan) 5:1
Qol: Pelleqrini, 25; 62. El Şaaravi, 38. Mançini, 82. Abraham, 84 – Keri, 10.

D qrupu

“Randers” (Danimarka) – “Alkmaar” (Niderland) 2:2
Qol: Pizinger, 82. Qraves, 68 – Kleysi, 24. Pavlidis, 34.

“Yablonets” (Çexiya) – “ÇFR Kluj” (Rumıniya) 1:0
Qol: Pilar, 51-pen.

E qrupu

“Slaviya” (Praqa, Çexiya) – “Union Berlin” (Almaniya) 3:1
Qol: Bah, 18. Kuxta, 84. Ştrans, 88 – Behrens, 70.

F qrupu

“Linkoln” (Cəbəllütariq) – PAOK (Yunanıstan) 0:2
Qol: Akpom, 45+2. Mitrita, 56.

“Slovan” (Bratislava, Slovakiya) – “Kopenhagen” (Danimarka) 1:3
Qol: Henti, 21 – Vind, 18; 68-pen. Steyc, 41.

G qrupu

“Mura” (Sloveniya) – “Vitess” (Niderland) 0:2
Qol: Tronstad, 30. Darfalou, 69.

“Renn” (Fransa) – “Tottenhem” (İngiltərə) 2:2
Qol: Tait, 23. Laborde, 72 – Bade, 11-öz qapısına. Hoybyerq, 76.

H qrupu

“Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr) 0:0

“Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) 0:0