Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirə Bakı vaxtı ilə saat 16:30-da start verilib.

32 komanda püşkatmadan öncə 4 səbətə bölünmüşdü. Yekunda iştirakçılar hərəsində 4 komandanın olduğu 8 qrup formalaşdırıblar.

Qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Avropa Konfrans Liqası

A qrupu
Başakşəhər (Türkiyə)
Fiorentina (İtaliya)
Harts (Şotlandiya)
RFS (Latviya)

B qrupu
Vest Hem (İngiltərə)
Styaua (Rumıniya)
Anderlext (Belçika)
Silkeborq (Danimarka)

C qrupu
Vilyarreal (İspaniya)
Hapoel (Beer Şeva, İsrail)
Austriya (Vyana, Avstriya)
Lex (Polşa)

D qrupu
Partizan (Serbiya)
Köln (Almaniya)
Nitsa (Fransa)
Slovaçko (Çexiya)

E qrupu
Alkmaar (Niderland)
Apollon (Kipr)
Vaduts (Lixtenşteyn)
Dnepr-1 (Ukrayna)

F qrupu
Gent (Belçika)
Molde (Norveç)
Şemrok Rovers (İrlandiya)
Yurqarden (İsveç)

G qrupu
Slaviya (Praqa, Çexiya)
ÇFR Kluj (Rumıniya)
Sivasspor (Türkiyə)
Ballkani (Kosovo)

H qrupu
Bazel (İsveçrə)
Slovan (Bratislava, Slovakiya)
Jalgiris (Litva)
Pünik (Ermənistan)