
Komanda yoldaşından Şahruddinə dəstək
- 25 Avq 2022 17:45
- 455
“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç “instaqram” səhifəsində Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.
Rekord.az xəbər verir ki, monteneqrolu müdafiəçi, Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” (Plzen) ilə cavab oyununda buraxılan qollara görə günahlandırılan Məhəmmədəliyevə dəstək verib.
Veşoviç komanda yoldaşı haqda bu sözləri yazıb:
“Dəfələrlə bizi xilas etmisən. Səninlə fəxr edirik”.