
Klublarımızın Avropa Kubokundakı rəqibləri müəyyənləşdi
- 15 İyl 2025 17:45
- 47
Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, qadınların yarışında Azərbaycan çempionu “Azəryol” II təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub.
II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.
Kişi həndbolçuların turnirində Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komanda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Bu raundun ilk görüşləri oktyabrın 11-12-nə, cavab matçları isə 18-19-na təyin olunub.