Klopp VAR sistemini tənqid etdi
- 2020-01-02 13:30
- 762
“Liverpul”un baş məşqçisi Yurgen Klopp VAR sistemini tənqid edib.
Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis xüsusilə ofsayd epizodları ilə bağlı qərarların meydandakı hakimlər tərəfindən verilməsini məqsədəuyğun hesab edir:
“Mövsümün əvvəlindən bəri mübahisə etdiyimiz epizodların demək olar ki, hamısı ofsaydlarla bağlıdı. Ancaq hakimlərin ani qərarla ayırd edə bilmədiyi millimetrlik fərqlər matçı 12-13 kameradan izləyən hakimlər tərəfindən qeydə alınır. “Aston Villa”nın qolu da topuq səbəbindən ləğv olundu. Məncə, bu məsələ ilə bağlı oturub bir qərar verməliyik. Belə incə məqamlarda yekun qərar meydandakı hakimlər tərəfindən verilməlidi. Bu epizodların incələnməsi matçın gedişində vaxt itkisinə də səbəb olur”.
Qeyd edək ki, bir neçə gün öncə baş tutan “Bernli” - “Aston Villa” matçında qonaqların ofsayd səbəbindən qeydə alınmayan qolu ilə bağlı mübahisələr davam edir. VAR sisteminin tətbiqinə rəğmən doğru qərarların verilməməsi Böyük Britaniya mətbuatında böyük müzakirələrə səbəb olub.