“Liverpul”un baş məşqçisi Yurgen Klopp Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandla bağlı fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, alman mütəxəssis, norveçli futbolçunun çıxışını yüksək qiymətləndirib:

“Bu uşağın təbii bir gücü var. Onun meydandakı enerjisini çox sevirəm. Haland gec-tez böyük klublarla danışıqlar aparacaq.

Növbəti il necə olacağını bilmirəm. Amma “Borussiya”nın buna əngəl olması lazım gələcək”.