Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Keşlə"nin transfer etmək istədiyi yeni legionerlərin adı müəyyənləşib.

Rekord.az xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi Okeanın o tayına - Cənubi Amerikaya üz tutub.

Belə ki, avrokuboklardakı təmsilçimiz argentinalılar - Ezekiel Miranda və Franko Lautaro Kosta ilə ciddi maraqlanır. Cinah hücumçusu olan 28 yaşlı Mirandanın klubuyla müqaviləsi olduğundan, onun 1 illiyə icarəyə götürülməsiylə bağlı danışıqlar gedir. Oyun qurucusu olan 30 yaşlı Kosta isə Paraqvayda çıxış edir və son klubu "Nasyonal" olub. O, sərbəst futbolçu olduğundan keçidiylə bağlı müqavilənin maddi şərtləri yönündə danışıqlar gedir. (sport24.az)