"Keşlə"dən ayrılan Emin Mehtiyev hələ ki, klub tapa bilmir.


Rekord.az-a daxil olan məlumata görə, Premyer Liqa klublarından Eminlə maraqlanan yoxdur.


Əldə etdiyimiz məlumata görə ona Gürcüstan I Divizion klublarından birinə baxışa yollanmaq təklif olunub. Futbolçu hələlik qərar verməyə tələsmir və Azərbaycan klublarından təklif gözləyir. Bu təklif olmasa son variant kimi Gürcüstana yollanmağı düşünür.