“Keşlə”də maddi durum hələ də kritik olaraq qalır.

Rekord.az futbolçuların 3 aydır ki, maaş ala bilmədiyi haqda məlumat vermişdi.

Əldə etdiyimiz son məlumata görə, bu məsələdə hələ ki, yenilik yoxdur. 3 aylıq maaşla bərabər ötən mövsüm qazanılan kuboka görə vəd olunan 200 min manat mükafat da hələlik verilməyib.