Tərlan Əhmədovla yeni müqavilə imzalamayan "Keşlə" müvəqqəti olaraq Zaur İsmayılova tapşırılıb. Lakin yeni mövsümün startına kimi komandaya yeni baş məşqçi təyin olunmaq ehtimalı yüksəkdir.

Rekord.az-a daxil olan məlumata görə, "Keşlə" rəhbərliyi artıq Samir Abasovla danışıqlara başlayıb.

Daha doğrusu, sumqayıtlı məşqçiyə təklif irəli sürülüb. Abasov təklifə isti yanaşsa müqavilənin detalları müzakirə olunacaq.