Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2021/22 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Kəpəz” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Ötən mövsümün qalibi olan “Neftçi”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə ev oyununda məğlubiyyətə üzülüb.

“Keşlə”nin əvəzediciləri isə “Zaqatala” ilə oyunda darmadağına sevinib.

Birinci Divizion
1-ci tur

14 sentyabr

“Kəpəz” – “Qəbələ-2” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 16:30.

“Neftçi-2” – “Sabah-2” 1:2
Qol: Famil Camalov, 71 – Ceyhun Nuriyev, 45+1. Kamran Quliyev, 90+6-pen.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Tural Qurbanov.
Bakı. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 17:00.

“Keşlə-2” – “Zaqatala” 5:1
Qol: A.Abanq, 17; 35; 61. F.Nadirov, 38. V.Qənbərov, 90+2 – X.Bəşirov, 9.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov,  Cavid Cəlilov.
Bakı. “ASK Arena”, 18:30.

15 sentyabr

“Turan Tovuz” - MOİK
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 16:30.

“Sumqayıt-2” - “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Elvin Bayramov.
Sumqayıt. “Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.

“Səbail-2” - “Zirə-2”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Emin Əliyev.
Bakı. “ASCO Arena”, 18:30.