Naxçıvan MR-nın Kərimbəyli kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin V-VI siniflərindən ibarət komandaları arasında "Şən startlar" əyləncəli idman oyunu keçirilib.

Rekord.az xəbər verir ki, ilk üç yerə sahib çıxan komandaların üzvlərinə diplom təqdim edilib.

 

Nəticələr:

1-ci yer: Qaraburc kənd tam orta məktəbi

2-ci yer: Maxta kənd tam orta məktəbi

3-cü yer: Kərimbəyli kənd tam orta məktəbi