Rekord.az xəbər verir ki, "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib.

Gəncə şəhərindəki "Gənclər Evində" keçirilən mərasimdə klub nümayəndələri, idman xadimləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.

Onunla 1 illik müqavilə bağlanılıb.

"Kəpəz"in öncəki baş məşqçisi Yaşar Vahabzadə və məşqçilər korpusu bir müddət öncə istefaya göndərilib

Azərbaycan Premyer Liqasında iştirak edən "Kəpəz" hələ ki heç bir komanda üzərində qalibiyyət əldə etməyib.