
“Kəpəz”in Tovuzda oynamasını “Turan Tovuz” istəməyib?
- 22 Avq 2022 17:00
- 581
Stadion problemi ilə üzləşən “Kəpəz” “Zirə” ilə ev oyununu Mərdəkanda keçirsə də, 3-cü turdan Qəbələyə üz tutdu. Bundan sonra Gəncə təmsilçisi rəqiblərini bu rayonda qəbul edəcək.
Rekord.az xəbər verir ki, əslində Gəncəyə daha yaxın olan Tovuzda da oynamaq olardı və saytımıza daxil olan məlumata görə, belə bir cəhd olunub da.
Lakin “Turan Tovuz” buna razılıq verməyib. İş ondadır ki, Tovuz təmsilçisinin özü və əvəzedici komandası da ev oyunlarını əsas meydançada keçirirlər. Akademiyanın komandaları da çempionat oyunlarını burada keçirəcək. Bir sözlə, stadion həddindən çox yüklənir. Həm də qrafik sıxdır və “Kəpəz”, eləcə də digər hansısa komandaya yer vermək “Turan Tovuz”un planlarını poza bilər.