"Kəpəz"lə bağlı maraqlı məlumat əldə etmişik. Məlum olduğu kimi, AFFA-dan maliyyələşən klublar hələ də dövlətdən gələcək pulu gözləyirlər. Bununla belə, çempionat başlayıb və hardasna pul tapıb oynamaq lazımdır.

Rekord.az xəbər verir ki, bu baxımdan "Kəpəz"də də vəziyyət ürəkaçan deyil.

Vəd olunan vəsait hələ də ayrılmadığı üçün rəhbərlik ordan-burdan pul tapmağa məcbur olur. Hətta saytımıza daxil olan məlumata görə, komandanın səfər oyunları zamanı avtobud xərcini klubun icraçı direktoru İlqar Nadirli cibindən qarşılayır.