“Kəpəz”in futbolçusu bıçaqlandı
- 11:40
- 27
Gəncənin "Kəpəz" komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.
Rekord.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.