Xəbər verdiyimiz kimi, Azərbaycan çempionatının bombardirlərindən olmuş Rövşən Əhmədova bu yaxınlarda "Kəpəz"də iş verilib.

Rekord.az xəbər verir ki, veteran futbolçu klubda seleksiya işlərinə baxacaq və qonşu bölgələri gəzməklə "Kəpəz" üçün istedadlı futbolçular axtaracaq.

Əhmədovun "Kəpəz"də alacağı maaşa gəlincə... Bir az gülməli görünəcək. Cəmi 250 manat. Bu haqda sportinfo.az-a açıqlamasında Əhmədov özü bildirib: "Hələlik 250 manata işləyəcəm, sonra maaşın qalxacağını deyiblər. Eybi yox, olsun. Beton qarışdırmaqdan yaxşıdı. Bir təhər dolanmaq olar hələ ki. Bu qədər gözləmişəm, yenə gözləyərəm. Əsas odur futbolun içindəyəm”.