
"Kəpəz"in baş məşqçi postuna daha bir namizəd
- 03 Sen 2022 15:00
- 602
"Kəpəz"in baş məçqçisi postuna daha bir namizəd məlum olub.
Rekord.az xəbər verir ki, söhbət Mirbağır İsayevdən gedir.
Bununla bağlı məlumatı isə futbolinfo.az saytı paylaşıb.
Qeyd edək ki, 2011-ci ildə Qərb təmsilçisinə rəhbərlik edən İsayev klub rəhbərliyinin tapşırıqlarına əməl etməyib istefa vermiş, “Mən tapşırıqla meydana oyunçu buraxmayacam, şəxsiyyətimi və nüfuzumu qorumaq üçün bu addımı atdım”, demişdi.