"Kəpəz"də növbəti ayrılıq
- 17:30
- 35
"Kəpəz" futbolçu Camal Cəfərovla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.
Cəfərov ötən mövsüm "Kəpəz"də 13 oyun keçirib.
Xatırladaq ki, "Kəpəz" bu gün Luis Paçu və Yusif İmanovla da yolları ayırdığını açıqlamışdı.