
"Kəpəz"də həkim problemi
- 31 Avq 2022 13:00
- 756
Hələ I Divizionda çıxış edərkən "Kəpəz"in uşaq komandalarında həkim probleminin olması haqda xəbər yazmışdıq. Bildirmişdik ki, əsas komandadan fərqli olaraq, uşaq komandaları oyunlara həkimsiz çıxır, ehtiyac yarananda da qonaq komandanın həkimi onlara kömək edir.
Rekord.az-a daxil olan yeni məlumata görə, komanda Premyer Liqaya buraxılsa da analoji problem hələ də qalmaqdadır.
Belə ki, AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında çıxış edən "Kəpəz"in uşaq komandaları yenə də oyunlara həkimsiz çıxır. O boyda Gəncədə "Kəpəz"in akademiyası üçün bir həkim tapmaq niyə belə problem olsun, bu da çox maraqlıdır.