Misli Premyer Liqasının 31-ci turunda bu gün "Şamaxı"nın qonağı olacaq "Kəpəz" ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, gürcü futbolçu Mate Kvirkvia bu qarşılaşmada forma geyinə bilməyəcək.

Səbəb onun sarı vərəqə limitini doldurmasıdır.

Qeyd edək ki, "Şamaxı" - "Kəpəz" matçı bu gün saat 16:00-da start götürəcək.