“Kəpəz” bir futbolçusu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, müdafiəçi Yusif Nəbiyev Gəncə klubunu tərk edib.

Bu barədə 26 yaşlı cinah oyunçusu özü “İnstagram” səhifəsində paylaşım edib.

O, “Hər şeyə görə çox sağ ol, “Kəpəz” yazaraq, komandası ilə vidalaşıb.

Yusif Nəbiyevin karyerasını “Səbail”də davam etdirməsi gözlənilir.