
"Kəpəz" və "Turan Tovuz"un elitada oynaması sual altına düşdü: maliyyə və infrastruktur
- 19 Apr 2022 12:00
- 632
AFFA-nın nümayəndələri Gəncə və Tovuza səfər edib.
Rekord.az xəbər verir ki, qurumun təmsilçiləri "Kəpəz" və "Turan"ın şəraiti ilə yaxından tanış olub və hesabat hazırlayıb.
Növbəti mövsüm Premyer Liqada mübarizə aparacağı bilinən qərb klubları ilə bağlı araşdırma heç də bir-biriylə uzlaşmır.
Belə ki, "Turan"ın elitaya qayıtmağa daha hazır olmasını göstərən faktlar hesabatda öz əksini tapıb, lakin "Kəpəz" haqda eyni rəylər burada yer almayıb.
Raportda göstərilib ki, "Turan" əksər lisenziyalaşdırma meyarlarına uyğun fəaliyyət mexanizmi qurub. Əsas çatışmazlıq kimi maliyyə/zəmanət məsələsi qeyd olunub.\"Kəpəz"də isə kadr-inzibati və infrastrukturla bağlı problemlərin çoxluğu hesabatda önə çəkilib. (sportinfo.az)