“Kəpəz” yeni qapıçı transfer etməyə hazırlaşır.

Rekord.az mssport.az-a istinadla xəbər verir ki, Gəncə klubu serbiyalı qolkiper Stefan Çupiçlə anlaşmağa yaxındır. 2019-2021-ci illərdə “Ararat-Ermənistan” komandasında çıxış etmiş 28 yaşlı qolkiper Gəncəyə gəlir. Çupiç azerisport.com-a müsahibəsində “44 günlük müharibə zamanı Ermənistanda çıxış edirdiniz. O günləri necə xatırlayırsınız” sualını belə cavablandırıb:

“Həmin günləri xatırlayıram. Bu haqda danışmaq istəmirəm. Mən sülh tərəfdarıyam. İki mövsüm Ermənistan komandasında çıxış etmişəm. İndi isə “Kəpəz”də oynamaq niyyətindəyəm. Yeni komandam üçün əlimdən gələni edəcəm”.

Serbiyalı qapıçı siyasətə qarışmadığını azərbaycanlılara böyük hörməti olduğunu desə də, kiçik araşdırma zamanı ortaya maraqlı fakt çıxdı. Çupiç 44 günlük müharibədən 1 gün sonra – 2020-ci il sentyabrın 28-də şəxsi instaqram səhifəsində Ermənistan bayrağını paylaşaraq, bu ölkəyə dəstək nümayiş etdirib.

Görəsən, “Kəpəz” rəhbərliyi nə fikirləşib, hansı ağılla 2021-cii ilə qədər Ermənistanda oynamış futbolçunu transfer edir? Onlar başa düşmür ki, Çupiçin hələ də orada kifayət qədər tanışları, dostları var və bu ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən doğru deyil? Ümumiyyətlə, Azərbaycan klubları Ermənistan çempionatında forma geyinmiş legionerlərlə müqavilə bağlamaqdan qaçırlar.

Çupiç artıq Gəncəyə yollandığını deyir. Həmin Gəncəyə ki, 44 günlük müharibə zamanı ermənilər bu şəhərə 5 dəfə raket zərbələri endirmişdilər və nəticədə, 27 dinc sakin vəfat etmişdi.

media-изображение_2022-09-18_192658009