Azərbaycan 1-ci divizionunda 15-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib. "Kəpəz" doğma meydanda lider "Qaradağ Lökbatan"a 1:0, "Səbail-2" MOİK-ə 2:1 hesabı ilə qalib gəlib.

 "Sabah-2" - "Keşlə-2" görüşündə isə qalib müəyyənləşməyib.

 

22 fevral

"Kəpəz" - "Qaradağ Lökbatan" - 1:0
Qol:
 Emil Qasımov, 83

"Sabah-2" - "Keşə-2" - 1:1
Qollar:
 Mixeil Erqemlidze, 65 - Amil Yunanov, 26

 "Səbail-2" - MOİK - 2:1
Qollar
: Aydın Ağazadə, 21, Elvin Sərkarov, 90+2 - İsa Zeynallı, 66

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 14 9 2 3 25-11 29
2 Keşlə-2 14 7 4 3 21-13 25
3 Kəpəz 14 6 7 1 24-17 25
4 Neftçi-2 13 7 2 4 28-21 23
5 MOİK 14 7 2 5 26-17 23
6 Qarabağ-2 12 5 4 3 23-15 19
7 Sabah-2 14 5 4 5 22-22 19
8 Turan Tovuz 13 5 2 6 17-20 17
9 Zaqatala 13 4 3 6 16-19 15
10 Qəbələ-2 13 4 2 7 18-21 14
11 Səbail-2 14 4 2 8 18-26 14
12 Sumqayıt-2 13 4 2 7 11-20 14
13 Zirə-2 13 1 2 10 10-37 5