Futbol üzrə Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Gəncədə təlim-məşq toplanışı keçir. 


Rekord.az xəbər verir ki, "Kəpəz" PFK-nın bazasında qərarlaşan yığma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında məşq edir.


Təlim-məşq toplanışı çərçivəsində U-17 milli və "Kəpəz"in oğlanlardan ibarət U-14 komandası arasında yoxlama matçı keçiriləcək. Oyun sentyabrın 24-ü saat 16-ya təyin olunub.