Dünən Gəncə stadionunda, klubun idarə heyətinin sədri İlqar Nadirlinin otağında Tərlan Əhmədovu dəstəkləyən bir qrup azarkeşlə, müxalif mövqeydə dayanan gəncəli veteranlar arasında böyük qalmaqal yaşanıb. Qalmalın başında isə Xaliq Mərdanovla Füzuli Allahverdiyev dayanıb.

Rekord.az-a daxil olan məlumata görə, Əhmədovu dəstəkləyən azarkeşlər məsələni belə qoymaq niyyətində deyil.

Onlar Bakıya gələrək AFFA rəhbərliyi, o cümlədən gənclər və idman naziri Fərid Qayıbovla görüşmək istəyir. Fanatlar, bəzi qüvvələrin Əhmədova qarşı etdiklərini, ümumiyyətlə, Gəncə futbolunda ciddi qalmaqal yaratmaq cəhdləri haqda bütün məlumatları şəxsən nazirin özünə bildirmək istəyirlər.