PSJ ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Edinson Kavaninin gələn ildən “Atletiko”da çıxış edəcəyi iddia edilib.

 

Rekord.az xəbər verir ki, uruqvaylı forvard Madrid klubu ilə ilkin anlaşma əldə edib.

 

Məlumata görə, 32 yaşlı futbolçu gələn mövsüm azad agent statusu ilə “Atletiko”ya keçəcək.

 

O, 2013-cü ildə “Napoli”dən PSJ-yə 64,5 milyon avro qarşılığında keçmişdi. “El Matador” Paris klubunda 283 oyuna 195 qol vurub.