Futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaroya karyerasının ən yaxşı günlərindən birini yaşayıb.


Rekord.az xəbər verir ki, 63 yaşlı mütəxəssis bu barədə Türkiyə seçməsinə qarşı dünya çempionatının D qrupunun II turunun oyunundan sonra açıqlama verib.


O, 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb:


"Bu görüşdə əlimizdən gələni etməli idil. Oyunçular məşqçilik karyeramın ən yaxşı günlərindən birini mənə yaşatdılar. Kimsə sizə "Paraqvay öldü" desə, şübhə edin. Dərhal inanmayın. Ən pis məğlubiyyət özünüzə olan inamı itirməkdir".