
"Karvan"ın hədəfi Premyer Liqadı
- 20 Apr 2023 13:00
- 550
Yeni mövsümdən I Divizionda çıxış edəcəyi gözlənilən "Karvan"ın hədəfləri böyükdür.
Rekord.az-a daxil olan məlumata görə, klub sahiblərinin yenidən futbola sərmayə yatırmaq səbəbi əbəs deyil.
Növbəti mövsüm üçün yarım milyon büdcəyə malik olacağı gözlənilən Yevlax təmsilçisinin hədəfi divizionda qalib olub 2024-25-ci mövsümündə Premyer Liqaya vəsiqə qazanmaqdı. Klub rəhbərliyi Yevlax stadionunu da indidən buna hazırlayırlar. AFFA icazə verəcəyi təqdirdə, dövlətin ayıracağı vəsaitdən əlavə rəhbərlik də əlavə 2 milyon manat vəsait qoymağı düşünür.