
“Karvan”da yeni müdafiəçi
- 07 İyl 2025 19:00
- 75
Gələn mövsüm Premyer Liqada mübarizə aparacaq “Karvan” heyətinə yeni futbolçu qatıb.
Rekord.az xəbər verir ki, əyalət klubu Eltun Turabovla 1 illik müqavilə imzalayıb.
Müdafiəçi mövqeyində oynayan Eltunun son klubu “Turan Tovuz” olub. O, Tovuz klubundan bu yay azad agent kimi ayrılıb.
Turabov daha öncə “Sumqayıt”, “Sabah”, “Bilis” və “Qarabağ”da da oynayıb.