Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Turun açılış oyunu “Karvan-Yevlax”la “Sumqayıt” arasında baş tutub. Yevlaxda keçirilən görüşü Əli Əliyev idarə edib. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

“Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” sabah, “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” matçları martın 9-da, “Sabah” – “Qəbələ” oyunu ayın 10-da keçiriləcək.

Misli Premyer Liqası
23-cü tur

7 mart

“Karvan-Yevlax” – “Sumqayıt” 1:1
Qollar: Coy Sleyd Mikels, 90+4 – Səbuhi Abdullazadə, 51-pen.
​​​​​​​Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu, 15:00.

Karvan-Yevlax: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsane Simon, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.