
Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradılıb
- 20 İyn 2025 17:40
- 118
Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində "Xankəndi" klubu yaradılıb.
Bu barədə Rekord.az-a AKF-nin mətbuat xidmətindən məlumat verilib.
Klubun rəhbəri və baş məşqçisi Murad Səmədzadə təyin olunub.
Bu mühüm addım bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət edəcək.
Klub Xankəndi şəhərində fəaliyyət göstərəcək.