Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının yarımfinalında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" bu mərhələdə "Fatum" klubu ilə qarşılaşır.

Cütün ilk görüşü voleybolçumuzun komandası üçün uğurlu alınıb. 3 set davam edən matçda Ayşən və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:22, 25:20, 25:14).

Komandasının yarımfinalda ilk qələbəsini qazandığı oyunda millimizin və "Vasas"ın kapitanı 9 xal qazanıb. Abduləzimova rəqibi 6 dəfə hücumda, 2 dəfə blokda, 1 eyslə məyus edib.

Qeyd edək ki, bu komandaların növbəti oyunu aprelin 12-də keçiriləcək. Ümumilikdə 3 qələbə qazanacaq tərəf finala yüksələcək.