“Şeffild Yunayted”in kapitanı Billi Şarp İngiltərə Premyer Liqasına vəsiqə qazanmaq üçün “Nottingem Forest”lə keçirilən pley-offun yarımfinalının cavab oyunundan sonra (2:1, 1-2, penalti 3-2) azarkeşin hücumuna məruz qalıb.

Rekord.az xəbər verir ki, Şarp zədəli olduğu üçün həmin qarşılaşmada iştirak etməyib. Penalti seriyasından sonra o, qazonun kənarında dayanıb.

Bu vaxt bir azarkeş qaçaraq ona yaxınlaşıb və kapitanın ayağına arxadan zərbə vurub. Polis dərhal araşdırmaya başlayıb və kapitana xəsarət yetirən azarkeş həbs edilib.