"Sumqayıt" klubu sıxıntı ilə üzləşib.

Rekord.az xəbər verir ki, əvəzedici komanda və akademiyanın əksər komandalarının məşq, eləcə də ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın süni örtüklü ehtiyat meydançası təmirə bağlanır.

Buna səbəb qazonun istismar müddətinin bitməsi və istifadəyə yararsız hala gəlməsidir. Daxil olan məlumata görə, böyük ehtimalla sentyabrın ikinci yarısından sözügedən meydançada oyunlar keçirilməyəcək və örtük yenilənəcək.