Kamran Ağayevin 2021-ci ilin fevral ayına kimi yaşıl meydançalara çıxmayacağı dəqiqləşib.

Rekord.az xəbər verir ki, artıq çəkidən heç cürə qurtula bilməyən millimizin sabiq qapıçısı hələ bir müddət də gözləməlidir.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Ağayevlə bağlı sualımıza bu cür cavab verdi: "Kamranın bizimlə mövsümün sonuna kimi müqaviləsi var. Gündəlik məşqlərdə hamı kimi iştirak edir. Meydançaya dönüşü isə yalnız fevralda olacaq. Çünki bu çəki ilə Kamranın oyuna çıxması mümkün deyil".