
Kamran Quliyev və Riad Rəfiyevin taleyi necə olacaq?
- 26 Apr 2022 17:00
- 825
Elxan Məmmədovun AFFA-nın icraçı vitse-prezident postundan gedişindən sonra onun kadrlarının gələcək taleyi də maraq doğurur. Çünki adam faktiki olaraq mayın 1-dən Parisə köçür və FİFA-da çalışacaq. Artıq Azərbaycan futbolundan əvvəlki kimi, əsas söz sahibi olmayacaq.
Rekord.az xəbər verir ki, Məmmədovun Azərbaycan futbolundakı əsas kadrları “Neftçi”nin prezidenti Kamran Quliyevlə “Sumqayıt”ın prezidenti Riad Rəfiyevdi.
Bu mənada bu iki şəxsin futboldakı gələcək taleyi də maraq doğurur. Əldə etdiyimiz məlumata görə, bu iki şəxsin taleyi yaxın bir ayda aydın olacaq. AFFA-da əsas idarəçilik yeni qüvvələrin əlinə keçsə, hər iki şəxs hazırkı postunu itirəcək.