
Kamerun millisindən tarixi qələbə
- 03 Dek 2022 12:28
- 412
Kamerun millisi dünya çempionatları tarixində Braziliyanı məğlub edən ilk Afrika komandası kimi tarixə düşüb.
Onlar DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Cənubi Amerika təmsilçisini minimal hesabla məğlub edib.
Rekord.az xəbər verir ki, buna qədər afrikalılar dünya çempionatlarında Braziliya yığması ilə 7 dəfə qarşılaşıb və hamısında məğlubiyyətlə üzləşiblər.
G qrupunun digər oyunlarında İsveçrəyə 0:1 hesabı ilə məğlub olan və Serbiya ilə qollu heç-heçə (3:3) edən Kamerun 4 xalla üçüncü yeri tutub. Onlar bu nəticələrdən sonra DÇ-2022 ilə vidalaşıb.