“Keşlə”nin məşqçilər korpusunda yer alan Kamal Quliyev bundan sonra paralel olaraq, həm də klubun futbol akademiyasında çalışacaq.

Rekord.az-a daxil olan məlumata görə, hətta ona Vəli Qasımovun köməkçisi olmaq da təklif edilib.

Məlumat üçün deyək ki, “Keşlə” Şamaxıya köçüb “Şamaxı” adlandırılandan sonra “Şamaxı”nın futbol akademiyasına rəhbərlik məhz Qasımova tapşırılacaq. Quliyevə də “Şamaxı” Futbol Akademiyasında Qasımovun köməkçisi postu təklif edilib və millimizin sabiq üzvü də bu təklifə isti baxıb.