"Jirona”nın yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.4


Kike Alvareslə 1 illik müqavilə imzalanıb.


Alvares buna qədər “Jirona”nın B komandasını çalışdırıb. O, daha əvvəl “Barselona” akademiyasında, həmçinin “Vilyarreal”, “Alaves” və “Levante” klublarında köməkçi kimi işləyib.


Qeyd edək ki, ötən mövsümün nəticələrinə əsasən La Liqanı tərk edib. Komanda yeni mövsümdə Sequndada çıxış edəcək.