“Neftçi” PFK qapıçı İvan Brkiçlə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.