İtaliya millisinin sabiq futbolçusu Mauro Kamoranezi məşqçilik karyerasını Sloveniyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssis sözügedən ölkənin “Tabor” klubunun baş məşqçisi təyin olunub. 

Bu barədə klubun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə 2021-ci ilin yayınadək nəzərdə tutulan müqavilə bağlanılıb. Komandanın keçmiş baş məşqçisi Almir Süleymanoviç isə Mauronun köməkçisi təyin olunub.

Kamoranezinin son iş yeri Meksikanın “Kafetaleros” klubu olub.