
İtaliya klubunda yeni baş məşqçi
- 05 İyn 2025 21:14
- 50
"Torino" baş məşqçi postunda dəyişiklik edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Paolo Vanoli istefaya göndərilib. Komandanı bundan sonra "Latsio"nun sabiq baş məşqçisi Marko Baroni çalışdıracaq. A Seriyası təmsilçisi 61 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
"Torino" İtaliya çempionatının son mövsümünü 44 xalla 11-ci yerdə başa vurub.