
İtaliya klubu çexiyalı müdafiəçi transfer etdi
- 07 İyl 2025 14:40
- 49
Çexiyanın "Sparta" klubunun müdafiəçisi Martin Vitik karyerasını "Bolonya"da davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Çexiya millisinin də üzvü olan 22 yaşlı futbolçu "Sparta"nın yetirməsidir və bu komandada meydana çıxdığı 155 matçda 13 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Çexiya yığmasının heyətində 5 matçda forma geyinən oyunçunun dəyəri 11 milyon avro qiymətləndirilir.