İsveçrədə koronavirusa görə çempionat dayandırıldı
- 03 Mar 2020 21:00
- 650
İsveçrə Futbol Federasiyası ölkədə yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Belə ki, qərara əsasən, Super Liqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunlar martın 23-nə qədər təxirə salınıb. Bu isə o deməkdi ki, Super Liqada ötən həftə təxirə salınan 24-cü turla yanaşı, 25, 26 və 27-ci turun oyunları da başqa tarixdə keçiriləcək. Bu qərar elita klublarının da razılığa alınaraq qəbul olunub. Müzakirələr zamanı oyunların azarkeşsiz keçirilməsi müsbət qarşılanmayıb.
Rəsmi açıqlamada o da qeyd olunub ki, hökumətin verəcəyi qərarlardan asılı olaraq, bu müddət artırıla da bilər.
Qeyd edək ki, İsveçrədə koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv olunub.