Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İsveç “Yurqarden”i evdə darmadağın etdiyi Kipr APOEL-i ilə bu dəfə səfərdə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda kiprlilər qalib gəlsə də, ümumi hesabda rəqibini üstələyən “Yurqarden” turnirin qrup mərhələsinə vəsiqə qazanıb.

Digər cavab oyunları avqustun 25-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu

17 avqust

APOEL (Kipr) - Yurqarden (İsveç) 3:2
İlk oyun - 0:3